Azərbaycanda son sutkada 190  nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 190  nəfər COVID-19-a yoluxub, ölən olmayıb
# 17 iyul 2022 16:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 190 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 794 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 998 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 867 nəfərdir.

Ölkədə son sutka ərzində 2 893, hazırkı dövrədək isə 7 002 575 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR