Azərbaycanda son sutkada 2 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 2 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
# 09 may 2022 16:33 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 632 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 864 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.

Ölkədə son sutka ərzində 1 752, hazırkı dövrədək isə 6 836 568 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR