Azərbaycanda son sutkada 36 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 36 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
# 03 iyul 2022 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 371 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 442 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

Ölkədə son sutka ərzində 2 117, hazırkı dövrədək isə 6 970 953 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR