Azərbaycanda son sutkada 434 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda son sutkada 434 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
# 31 iyul 2022 16:43 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 434 yeni yoluxma faktı qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 798 838 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir.

Ölkədə son sutka ərzində 3 129, hazırkı dövrədək isə 7 045 427 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR