Azərbaycanda son sutkada 5 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb

Azərbaycanda son sutkada 5 nəfər COVID-19-a yoluxub, 1 nəfər ölüb
# 18 may 2022 16:32 (UTC +04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.

Ölkədə son sutka ərzində 3 919, hazırkı dövrədək isə 6 862 217 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR