Azərbaycanda son sutkada 510 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib

Azərbaycanda son sutkada 510 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
# 30 dekabr 2021 16:33 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1 039 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 616 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 598 793 nəfər müalicə olunaraq sağalıb, 8 346 nəfər vəfat edib, aktiv xəstə sayı 9 213 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 771, ötən müddət ərzində isə ümumilikdə 5 853 336 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR