Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda son sutkada 58 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
# 02 aprel 2023 16:34 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 857 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 219 nəfər müalicə olunaraq sağalıb, 10 185 nəfər vəfat edib, aktiv xəstə sayı 453 nəfərdir.

Ölkədə son sutka ərzində 931, hazırkı dövrədək isə 7 560 679 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR