Azərbaycanda son sutkada 595  nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

koronavirus statistikası, 31 dekabr

© APA | koronavirus statistikası, 31 dekabr

# 31 dekabr 2021 16:40 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 595 yeni yoluxma faktı qeydə alınıb, 753 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 616 947 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 599 546 nəfər müalicə olunaraq sağalıb, 8 358 nəfər vəfat edib, aktiv xəstə sayı 9 043 nəfərdir.

Ölkədə son sutka ərzində 10 549, hazırkı dövrədək isə 5 863 885 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR