Azərbaycanda son sutkada 674 nəfər COVID-19-a yoluxub, 10 nəfər vəfat edib

Azərbaycanda son sutkada 674 nəfər COVID-19-a yoluxub, 10 nəfər vəfat edib
# 13 yanvar 2022 18:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 674 yeni yoluxma faktı qeydə alınıb, 509 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 623 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 397 nəfər müalicə olunaraq sağalıb, 8 490 nəfər vəfat edib, aktiv xəstə sayı 7668 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 386, ötən müddət ərzində isə ümumilikdə 5 978 735 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR