Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı vəfat edib

Sosialist Əməyi Qəhrəmanı Orucov Qərib Əzizəli oğlu

© APA | Sosialist Əməyi Qəhrəmanı Orucov Qərib Əzizəli oğlu

# 14 yanvar 2022 13:01 (UTC +04:00)

Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı vəfat edib.

APA-nın şimal bürosunun xəbərinə görə, Şabran rayonunun Ağalıq kənd sakini, 1935-ci il təvəllüdlü Orucov Qərib Əzizəli oğlu bu gün yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, Q.Orucov 1935-ci ildə Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olub.

1955-ci ildən fəhlə kimi çalışmağa başlayıb. Daha sonra usta köməkçisi, tərəvəzçilik briqadası ustası kimi fəaliyyət göstərib. 1979-cu ildən - partiya komitəsinin katibi, 1982-ci ildən - Şabran rayonundakı sovxozun direktor müavini, sonradan Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

Tərəvəz, meyvə, üzüm, çay yarpağı və tütün istehsalı və tədarükü sahəsində qazandığı uğurlara görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 30 aprel 1966-cı il tarixli fərmanı ilə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.

2002-ci ildən - Prezident təqaüdçüsü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR