Azərbaycanda tam yararlı olmayan məktəb binalarının sayı açıqlanıb

Azərbaycanda tam yararlı olmayan məktəb binalarının sayı açıqlanıb
# 21 aprel 2022 14:10 (UTC +04:00)

“Azərbaycanın bütün şəhərlərində və rayonlarında tam yararlı olmayan məktəb binaları var. Bu binaların sayı təxminən 900-ə yaxındır”.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu məktəblərin bəzilərinin əsaslı təmirə, bəzilərinin qəzalı olduğu üçün sökülüb-tikilməyə ehtiyacı var:

“Ümumilikdə Təhsil Nazirliyi tərəfindən bunun planlı şəkildə araşdırılması aparılır. Bütün məktəblərin eyni ildə, eyni anda düzəldilməsi mümkün deyil, maliyyə yükü böyükdür. Bu yalnız addım-addım ola bilər. Dövlət başçısının müvafiq Sərəncamları və tapşırıqları ilə Azərbaycanda hər il təxminən 100-ə qədər yeni məktəb istifadəyə verilir. Heydər Əliyev Fondu tərəfindən də məktəblər tikilir”.

Nazir deyib ki, Azərbaycanda 4400 məktəb var:

“Bu işləri mərhələli şəkildə həll edirik. Yaxşı xəbər budur ki, hər 4 məktəbdən 3-ü təhsilə yararlı vəziyyətdədir. Təhsil Nazirliyi olaraq əsas gözləntimiz bu məktəblərdə ən azı təhsilin keyfiyyəti ilə bağlı müəllimlərin, məktəb direktorlarının işini təkmilləşdirməsi və ortaya nəticə qoymasıdır”.

Fuad Nazimoğlu

Yetər Kərimli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR