Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb
# 18 yanvar 2022 15:28 (UTC +04:00)

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 82 xarici ölkədən 6,4 min tələbə də təhsil alır.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan İslam Respublikası, Hindistan və Çinin vətəndaşları üstünlük təşkil edirlər.

2021/2022-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 717 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 29,0 faizi Bakı, 71,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Latviyanın ali təhsil müəssisələrində təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR