Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin siyahısı hazırlanır

Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin siyahısı hazırlanır
# 31 may 2022 13:02 (UTC +04:00)

Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin siyahısı hazırlanır.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bununla bağlı nəticələr yaxın iki həftəyə hazır olacaq.

“Hər şey planlaşdırıldığı kimi getsə, ilin sonuna biz modul tipli məktəblərin ölkə ərazisində hamısının inşasını bitirəcəyik. Söhbət şagird sayı 100-ə qədər olan məktəblərdən gedir. Digər məktəblərlə bağlı isə bu il başa vurulacaq bir çox layihələndirmə olmaqla, növbəti illərdə də maksimal sayda məktəblərin təmirini nəzərdə tuturuq. Təmir işlərinə bu il 105 mln. manat, daha sonra isə 57 mln. manatadək vəsait xərclənəcək”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR