Azərbaycanda tibb sahəsinin əlavə dəyər vergisindən azad edilməsi təklif olunub

Azərbaycanda tibb sahəsinin əlavə dəyər vergisindən azad edilməsi təklif olunub
# 18 sentyabr 2019 13:06 (UTC +04:00)

Millət vəkili, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov tibb sahəsinin əlavə dəyər vergisindən azad edilməsini təklif edib.

APA-nın məlumatına görə, bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclasında çıxış edən Kəmaləddin Qafarov bu məsələyə baxılacağına ümid etdiyini deyib.

K. Qafarov bildirib ki, dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi də vacibdir, çünki hazırkı tələblər dərman vasitələrinin qeydiyyatında çətinlik yaradır: “Səhiyyə sahəsində son 5 ildə böyük işlər görülüb. Azərbaycan Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Bu qədər genişlənmiş sahənin saxlanılması üçün – dərman, servis və digər işlər 5 il öncəki büdcə ilə tənzimlənir. Ancaq Mərkəzə hər gün 1200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Yəni burada 20-30 faiz artımla nəsə etmək mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR