Azərbaycanda uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq

Azərbaycanda uşaqların 95%-i peyvəndlərlə əhatə olunacaq
# 22 iyul 2022 13:27 (UTC +04:00)

Azərbaycanda 2026-cı ilədək uşaqların 95%-i peyvəndlərlə əhatə oluanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, Azərbaycanda hazırda uşaqların 87%-i peyvəndlərlə əhatə olunub. Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə 2022‒ 2026 illərdə uşaqların 95%-nin peyvəndlərlə əhatə olunmasını təmin etməlidir. Bununla da uşaqların sağlamlıq səviyyəsinin artması və uşaqlar arasında yoluxucu xəstəliklərin azalmasına nail olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR