Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

Eldar Orucov

© APA | Eldar Orucov

# 23 dekabr 2021 12:29 (UTC +04:00)

“Gələn ildən xarici diplomların tanınmasında yeniliklər tətbiq olunacaq”.

APA-nın məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir çox ölkələrdə xüsusilə də tibb sahəsində tədris normativi Azərbaycanda nəzərdə tutulan tədris normativindən daha aşağıdır. Bu zaman onların bilikləri yetərli olmur: "Yeni qaydalar layihəsində qismən tanınma anlayışı olacaq və tələbələrin əldə etdikləri biliklər tərəfimizdən tanınacaq, onlara hüquq veriləcək ki, Azərbaycanda mövcud olan digər ali təhsil müəssisələrində çatışmayan kreditləri əldə edə və ixtisasını tamamlaya bilsinlər. Proseslə bağlı uzun müddətdir ki, müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti ilin əvvəlində layihə təsdiq olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR