Azərbaycanda xüsusi mühafizə rejimli təbiət ərazisində geoloji park yaradılacaq

Azərbaycanda xüsusi mühafizə rejimli təbiət ərazisində geoloji park yaradılacaq
# 22 iyul 2022 13:12 (UTC +04:00)

Azərbaycanda yeni növ xüsusi mühafizə rejimli təbiət ərazisinin ilk geoloji park yaradılacaq.

APA xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə 2024-2026-cı illərdə geoparkın yaradılması və UNESCO-nun “Geoparklar şəbəkəsi”nə daxil edilməsini təmin etməlidir.

Bu illər ərzində geoloji parkların təşviqi, bu sahədə əhalinin maarifləndirilməsi həyata keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR