Azərbaycandakı palçıq vulkanları UNESCO-nun irs siyahısına salınacaq

Azərbaycandakı palçıq vulkanları UNESCO-nun irs siyahısına salınacaq
# 18 yanvar 2022 16:13 (UTC +04:00)

“Ölkədə geoparkların yaradılması istiqamətində iş aparılır”.

APA-nın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda deyib. O bildirib ki, Azərbaycanda palçıq vulkanlarının ərazisində geoparkların yaradılması istiqamətində işlərə başlanılıb: “Geoparkın əsasnaməsi təsdiqlənib. Geopark həm də UNESCO-nun mühafzə olunan kateqoriyalarından biridir. Bu zaman onların UNESCO-nun təbii irs siyahısına salınması ilə bağlı da işlər görüləcək. Bununla bağlı nominasiya sənədi hazırlanır. Növbəti illərdə ölkədə geoparklar istifadəyə veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR