Azərbaycandakı Rus İcmasının üzvləri Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olub - FOTO - VİDEO

Azərbaycandakı Rus İcmasının üzvləri Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olub - FOTO  - VİDEO
# 01 fevral 2023 12:41 (UTC +04:00)

Azərbaycandakı Rus İcmasının üzvləri bu gün Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə gəliblər.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycandakı Rus İcması sədrinin müavinləri Dmitri Anisimov və Anastasiya Lavrina, Birinci Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəman Yuri Kovalyovun qızları Regina Kovalyova, Yuluana Kovalyova, Vətən müharibəsi şəhidi Dmitri Solntsevin bacısı oğlu Anar Süleymanov və digərləri aksiyanın gedişini işləyib, etirazçılarla görüşüb, söhbət ediblər.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunda aksiya keçirirlər.

Aksiyanı gecə-gündüz, fasiləsiz davam etdirən aksiya iştirakçıları humanitar məqsədli yüklərin yoldan sərbəst keçidi üçün heç bir maneə yaratmırlar. Gün ərzində Rusiya sülhməramlılarının təminat avtomobilləri, humanitar təyinatlı yüklər, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları aksiya keçirilən yerdən hər iki istiqamətə sərbəst hərəkət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR