Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları müvəqqəti saxlanma məntəqəsində həmvətənlərimizlə görüşüblər

Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları müvəqqəti saxlanma məntəqəsində həmvətənlərimizlə görüşüblər
  • Clock-gray 14:59
  • calendar-gray 19 Avqust 2019

Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Kiyev vilayətində Miqrasiya Xidmətinin müvəqqəti saxlanma məntəqəsində saxlanılan həmvətənlərimizlə görüşüblər.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə səfirliyin əməkdaşları həmvətənlərimizin problemləri ilə maraqlanıb, saxlanma şəraiti ilə tanış olub, onlarla hüquqi söhbət və maarifləndirmə işləri aparıblar. Bildirilib ki, xarici ölkələrə gələrkən həmin ölkənin qanunvericiliyi öyrənilməli və qanuna hörmətlə yanaşılmalıdır.

Müvəqqəti saxlanma məntəqəsinin rəhbərliyi ilə görüşdə səfirliyin müşaviri Vüsal Süleymanova, birinci katib Namiq Niftullayevə və Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polkovnik Şahin Qocayevə məntəqənin iş rejimi, daxili intizam qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri barədə ətraflı məlumat verilib.

Kəmalə Quliyeva

Digər xəbərlər

Arxiv

date