Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə "yol xəritəsi" imzalanacaq

Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə "yol xəritəsi" imzalanacaq
# 17 may 2022 10:52 (UTC +04:00)

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə iki günlük işgüzar səfəri başlayıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucalan abidəsi önünə əklil qoyulub.

Azərbaycan nümayəndə heyəti həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət ediblər.

Səhiyyə naziri Teymur Musayevin qardaş ölkəyə səfəri çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş, “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında Əməkdaşlığa dair 2022-2023-cü illər üçün Yol Xəritəsi”nin imzalanması, Ankara və Hacettepe Universitetlərin rektorları ilə görüş, tibb ocaqlarının fəaliyyəti ilə tanışlıq və digər tədbirlər nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR