Azərbaycanlı ekspert Google-un mükafatını qazanıb

Azərbaycanlı ekspert Google-un mükafatını qazanıb
# 28 sentyabr 2022 12:40 (UTC +04:00)

Google reklamları üzrə Azərbaycanda yeganə Premier Partnyor və məhsul eksperti Kamal Allazov Dublin şəhərindəki Google baş ofisində keçirilən Sammitdə mükafata layiq görülüb.

APA-nın xəbərinə görə, bu barədə Google rəsmi Product Expert "Twitter" səhifəsində paylaşım edib.

2022-ci il üzrə iştirak etdiyi konferanslar, təşkil etdiyi təlim və rəqəmsal marketinq tədbirləri ilə Google məhsullarını tanıdan gənc ekspert şirkət tərəfindən "Google səfiri" (Ambassador Award) mükafatını qazanıb.

Google-un bütün veb servisləri üzrə 200-dən çox yüksək səviyyəli ekspertlərinin qatıldığı tədbirdə 12 nominasiya üzrə mükafatlandırma aparılıb. Bu nominasiyalardan biri də "Google səfiri" mükafatıdır. Gənc ekspert bu nailiyyəti ilə Azərbaycanın adının tədbirdə səsləndirib.

Ölkəmizdə aparıcı elektron kommersiya şirkətləri daxil olmaqla 26 çox brendlə çalışmış Kamal Allazov, Google reklam xidməti üzrə 5 ildən çox təcrübəyə malikdir. Qeyd edək ki, gənc ekspert UNEC SABAH qruplarını fərqlənmə ilə bitirib, Hökümətlərarası Dövlət Proqramı vasitəsilə magistr təhsilini Macarıstanın "Corvinus" universitetində alıb.

Google Product Expert (Məhsul Ekspertləri) Sammitində kimlər iştirak edib?

Google bildiyimiz kimi qlobalda bir çox veb servisləri ilə tanınır. Bunlara günlük istifadə etdiyimiz axtarış sistemi, GMail, Google Drive, YouTube və digər platformalar daxildir. Həmin platformlar barədə istifadəçiıərin qarşılaşdıqları problemlərin həll yolları ekspertlər tərəfindən təqdim olunur. Azərbaycan üzrə hazırda Google reklamları cəmiyyətində fəaliyyət göstərən Kamal Allazov, Google Premier Partnyoru olaraq öz təcrübələrini artıq 3 ildir ki, ingilis və türk dillərində istifadəçilərlə bölüşür.

Planitium statusuna sahib ekspert, Google reklamları barədə ən son yenilikləri birbaşa Google şirkəti tərəfindən təqdim olunan resurslardan öyrənmək imkanına sahibdir. Qeyd edək ki, 5 dərəcəli qiymətləndirmə sistemində Platinum səviyyə ən yüksək 2-ci səviyyədir və bu 3 il aktivlik sonunda qazanılır.

Kamal Allazov son 1 il ərzində Azərbaycanda keçirilən Rəqəmsal Marketinq konferansında, Avropada keçirilən Superweek Analitika konferansında çıxışlar edərək müxtəlif mövzularda maarifləndirici məlumatları mütəxəssislərlə bölüşüb.

Həmkarları ilə birgə Azərbaycanda Rəqəmsal Marketinq İcmasının əsasını qoyaraq sektorun rəqəmsallaşmasına töhfə verən Kamal Allazov, növbəti aylarda yeni tədbirlər keçirməklə ölkəmizdə rəqəmsal marketinq ixtisasına daha çox maraq yaratmaq üçün çalışacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR