Azərbaycanlı əsir: Ermənilər Şuşa həbsxanasında ölənləri 5-5, 10-10 basdırırdılar

Azərbaycanlı əsir: Ermənilər Şuşa həbsxanasında ölənləri 5-5, 10-10 basdırırdılar
# 03 iyun 2023 14:30 (UTC +04:00)

"Ermənilər əsirlikdə ölənləri sürüyərək bu əraziyə gətirib, 5-5, 10-10 kütləvi basdırırdılar".

APA xəbər verir ki, bunu Şuşa həbsxanasında, erməni əsirliyində olan Cəmaləddin Süleymanov deyib. O bildirib ki, Ağdam işğal olunan zaman, Qiyaslı kəndindən əsir düşüb.

"Bizi oradan Şuşa həbsxanasına gətirdilər. Bura gələndə qız, gəlin, uşaq, cavan, qoca olmaqla xeyli əsir var idi. Ermənilər bizə olmazın işgəncə verirdilər, döyürdülər. Ölənləri sürüyərək bu əraziyə gətirib, 5-5, 10-10 kütləvi basdırırdılar".

Orxan Aslan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR