“AzerGold”un kollektivi Ulu Öndərin 99-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzini ziyarət edib

“AzerGold”un kollektivi Ulu Öndərin 99-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzini ziyarət edib
# 10 may 2022 10:21 (UTC +04:00)

Dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “AzerGold” QSC-nin kollektivinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

“AzerGold” QSC-dən APA-ya bildirilib ki, Heydər Əliyev Mərkəzində təşkil edilmiş ziyarət zamanı Azərbaycan tarixində müstəsna xidmətləri ilə əbədilik qazanmış Ümummilli Liderin mənalı həyat yolu, çoxşaxəli siyasi irsindən bəhs edilib. Kollektiv üzvləri Mərkəzdə dahi liderin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən məlumatlar, maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşları tərəfindən Ulu Öndərin müstəqil Azərbaycanın quruculuğunda göstərdiyi misilsiz fədakarlıq, eləcə də Sovet dönəmində onun rəhbərliyi ilə həyata keçirilən siyasi fəaliyyətdən bəhs edilib. Diqqətə çatdırılıb ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması kimi, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri qismində tarixdə silinməz iz qoyub.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən 2018-ci ildə istehsal edilən, yerli qızıl və gümüşdən hazırlanmış birinci sikkə kolleksiyasının üzərində Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm edən Heydər Əliyev Mərkəzinin dizaynı əks olunub.

“AzerGold”un kollektivi Mərkəzin sərgi salonlarını da ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR