“Azəriqaz”ın baş direktoru şəhid ailəsini ziyarət edib

“Azəriqaz”ın baş direktoru şəhid ailəsini ziyarət edib
# 07 iyul 2022 18:28 (UTC +04:00)

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qurban bayramı ərəfəsində şəhid Nurəhməd Ulubəyovun evinə baş çəkərək onun ailəsi ilə görüşüb.

APA xəbər verir ki, şəhid ailəsini bayram münasibətilə təbrik edən baş direktor şəhidin atası Hacıbəy Ulubəyovla söhbət edərək onların qayğıları ilə maraqlanıb. Söhbət zamanı vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidin əziz xatirəsi yad edilib.

Qeyd edək ki, şəhidin atası Hacıbəy Ulubəyov uzun illərdi Birliyin İdarəetmə Aparatında çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR