“Azəriqaz”ın məsul şəxsləri Binəqədi sakinlərinin problemini dinləyib

“Azəriqaz”ın məsul şəxsləri Binəqədi sakinlərinin problemini dinləyib
# 20 iyul 2022 16:23 (UTC +04:00)

Bu gün Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində növbəti "Səyyar qəbul otağı" vətəndaşların ixtiyarına verilib.

"APA-Economics" xəbər verir ki, görüşdə sakinlərin qaz sayğacının əvəzlənməsi, qaz kəmərinin yerinin dəyişdirilməsi və qazın limiti ilə bağlı ünvanladıqları sualları Birliyin məsul şəxsləri cavablandırıblar. Bütün müraciətlər qeydiyyata alınıb. Aksiyada çıxış edən qəsəbə sakini Nurəddin Ağamalıyev son 2-3 il ərzində qazın verilişi ilə bağlı heç bir problemlərinin olmadığını bildirib.

Xatırladaq ki, “Açıq mikrofon” aksiyaları davam edir. Növbəti aksiya 21 iyul paytaxtın Xətai rayonunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR