"Azəristiliktəchizat": Məsuliyyətsiz vətəndaş verilən istiliyi su xəttinə qoşaraq istifadə edir

"Azəristiliktəchizat": Məsuliyyətsiz vətəndaş verilən istiliyi su xəttinə qoşaraq istifadə edir
# 07 oktyabr 2022 11:36 (UTC +04:00)

İstilik sisteminə ventil qoyub, ondan isti su kimi istifadə edirlər.

APA xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.

O bildirib ki, bəzən xəttə daimi su vurulur, lakin görürük ki, təzyiq düşür:

“Gedib araşdıranda məlum olur ki, hansısa məsuliyyətsiz bir vətəndaş verilən istiliyi su xəttinə qoşaraq isti su kimi istifadə edir. Bu hallar həm şirkətin büdcəsinə, həm də dövlətimizin resurslarına ciddi təsir edir.

Digər tərəfdən evdə istilik itkisinin qarşısının alınması istiqamətində də vaxtında lazımi tədbirlər görülsə, istilik israfa getməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR