“Azərsu”nun baş planında çirkab su probleminin həlli nəzərdə tutulub

“Azərsu”nun baş planında çirkab su probleminin həlli nəzərdə tutulub
# 20 may 2022 16:20 (UTC +04:00)

“Hövsan kanalı və digər çirklənmə mənbələrindən gələn çirkab suları ilə Xəzər dənizi çirklənir”.

APA xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov canlı yayımda deyib.

O bildirib ki, ETSN olaraq dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıblar:

“Hövsan və Bakı ərazisində olan digər kanallar ətraf qəsəbələrin çirkab sularını özündə birləşdirir. Gələcəkdə bu kanallar vasitəsilə axıdılan çirkab sularının ümumiləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşularaq qarşısı alınmalıdır. “Azərsu”-nun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR