Aziz Sancar: "Azərbaycan bütün dünyaya böyük bir dərs verib”

Aziz Sancar: "Azərbaycan bütün dünyaya böyük bir dərs verib”
# 01 dekabr 2021 12:00 (UTC +04:00)

"Qarabağ hamımızın düşüncəsində və ürəyindədir".

APA-nın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda gənc alimlərlə görüş zamanı Nobel mükafatı laureatı Aziz Sancar bildirib. Onun sözlərinə görə, Qarabağ zəfəri ilə Azərbaycan bir çox şey bacarıb: "Birincisi, Azərbaycan bir həqiqəti ortaya qoyub - müstəqillik verilmir, müstəqillik qazanılır. Torpaq verilməz, torpağı qazanırsan. İkinci, türk dünyasında türk istiqlal müharibəsindən sonra Qarabağ müharibəsi dünyaya, imperialist güclərə bu mesajı verib - "Artıq bizim torpağı ala bilməzsiniz". Üçüncüsü, bu mesajdır ki, artıq imperializm dövrü keçib, bu, XIX əsrdə qalıb, XX və XXI əsrdə başqa bir ölkənin torpağını illərlə işğalda saxlayıb bunu dünyaya qəbul etdirmək olmaz, bu torpağı əvvəl-axır geri alacaq. Bunu etməyi bacaran Azərbaycan bütün dünyaya böyük bir dərs verib və bizi qürurlandırıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR