Bağça müdirləri və pedaqoji işçilərin əmək müqaviləsinin müddəti uzadılıb

Bağça müdirləri və pedaqoji işçilərin əmək müqaviləsinin müddəti uzadılıb
# 18 yanvar 2022 16:44 (UTC +04:00)

Təhsil Nazirliyi tərəfindən uşaq bağçalarının müdirləri barədə müsbət qərar verilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 30 iyun 2022-ci il tarixinədək uzadılması barədə nazirlik tərəfindən rəsmi qərar verilib.

Qeyd edək ki, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq.

Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixindən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR