Bağça müəllimləri də sertifikasiyaya cəlb olunacaq

Bağça müəllimləri də sertifikasiyaya cəlb olunacaq
# 22 iyul 2022 13:11 (UTC +04:00)

Qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi nəzərdə tutulur.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, planın əsas icraçısı Təhsil Nazirliyidir.

İlkin olaraq müvafiq mexanizm layihəsinin hazırlanması və tətbiqi nəzərdə tutulub. 2023-2025-ci illərdə 17 000 nəfər heyətin sertifikatlaşmaya cəlb olunması planlaşdırılır. Nəticədə məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR