Bağçada azyaşlıya zorakılıq edən aşpaz cəzalandırılıb - VİDEO - YENİLƏNİB

Bağçada azyaşlıya zorakılıq edən aşpaz cəzalandırılıb - VİDEO   - YENİLƏNİB
# 08 iyun 2022 13:56 (UTC +04:00)

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Şamaxıda uşaq bağçasında azyaşlıya zorakılıq göstərilməsi məsələsinə münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Anar Osmanov məsələ ilə bağlı APA-ya açıqlamasında deyib ki, hadisə iyunun 2-də baş verib.

“Bağça rəhbərliyi məsələ ilə bağlı tədbir görüb. Aşpaz Sevinc Balkiyeva barəsində intizam tənbeh tədbiri görülüb. Hazırda isə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra ətraflı məlumat veriləcək", - o qeyd edib.

***

13:25

Şamaxıda uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, sosial şəbəkədə Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazının ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından dartması barədə video görüntülər yayılıb. Araşdırmalar zamanı məlum ki, bağçanın aşpazı Balkiyeva Sevinc Balağa qızı 2017-ci il təvəllüdlü qızın saçından tutaraq dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri bağçaya gəlib, araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Çingiz Səfərli

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR