Bağçalara qəbul zamanı bəzi kateqoriyadan olan uşaqlara üstünlük veriləcək - SİYAHI

Bağçalara qəbul zamanı bəzi kateqoriyadan olan uşaqlara üstünlük veriləcək - SİYAHI
# 18 iyul 2022 10:32 (UTC +04:00)

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı bir sıra kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunacaq.

Bu barədə APA-ya Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, aşağıdakı kateqoriyadan olan uşaqların qəbulu üzrə üstünlük hüquqları təmin olunacaq:

1. şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin övladları;

2. tək işləyən valideynlərin övladları;

3. I və II qrup əlillərin övladları;

4. hərbi xidmətdə olan valideynlərin övladları;

5. təhsilalan anaların övladları;

6. çoxuşaqlı ailələrdən olan uşaqlar;

7. qəyyumluqda olan uşaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR