Bağçalara qəbulla bağlı sistemdəki problem aradan qaldırılıb

Bağçalara qəbulla bağlı sistemdəki problem aradan qaldırılıb
# 18 iyul 2022 12:54 (UTC +04:00)

Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulla bağlı sistemdə yaranan problemə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, elektron qəbulla bağlı çoxsaylı müraciətlər olduğundan sistemin işində bir neçə dəqiqəlik problem yaranmışdı:

“Hazırda sistem normal çalışır. Nəzərə alaq ki, bu sistem bağçalarla bağlı ilk elektron tətbiqdir. Bildirmək istərdik ki, bu proses sentyabrın 14-dək davam edəcək. Valideynlər həmin vaxtadək uşaqlarını elektron olaraq qeydiyyatdan keçirmək imkanına malikdirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR