Bağçalarda 36 746 uşaq üçün yer var

Bağçalarda 36 746 uşaq üçün yer var
# 27 iyul 2022 11:41 (UTC +04:00)

Məktəbəqədər təhsil müəssisələri ilə bağlı işlər davam edir. Əsasən biz 4 istiqamətdə işimizi qurmuşuq.

APA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, artıq 1667 məktəbəqədər təhsil müəssisəsini özündə birləşdirən məlumat sistemi yaradılıb: “Bu bizə imkan verir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilk dəfə elektron formada həyata keçirək. Bu qəbulda şəffaflığın artırılmasında çox ciddi addımdır. Hazırda 36 746 uşaq üçün yerimiz var. Bu bölgələr üçün fərqli paylanıb. İyul ayının 25-nə olan məlumata görə 17 246 uşağın məlumatı bizim sistemə valideynlər tərəfindən sistemə daxil edilib. Burada növbəlilik sistemi tətbiq olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR