Bahar Muradova: "Bələdiyyələrdə Gender Komissiyaları yaradılıb"

Bahar Muradova: "Bələdiyyələrdə Gender Komissiyaları yaradılıb"
# 19 may 2022 12:36 (UTC +04:00)

"Azərbaycanda gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə bələdiyyələrdə Gender Komissiyaları yaradılıb".

APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda tədbirdə deyib.

O bildirib ki, Gender Komissiyaları risk qrupuna aid olan ailələrlə iş aparır, mövcud stereotiplərlə mübarizə istiqamətində maarifləndirmə tədbirləri təşkil edir:

"Düşünürəm ki, daha çox bələdiyyələri əhatə etmək üçün müvafiq dəstək göstərmək və təşviqat işlərində qanunlarda nəzərdə tutulan hədəflərə çatmaq üçün parlamentin iştirakı böyük töhfə olardı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR