Bakalavriat üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb.
APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bikdirib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27691 yerə çatdırılıb.