Bakı-Ələt yolundakı qəzada yaralanan beş nəfər KTM-ə aparılıb

Bakı-Ələt yolundakı qəzada yaralanan beş nəfər KTM-ə aparılıb
# 08 avqust 2022 11:32 (UTC +04:00)

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda baş verən avtomobil qəzası nəticəsində yaralanan beş nəfər Kliniki Tibbi Mərkəzə aparılıb.

Kliniki Tibbi Mərkəzdən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Digər yaralılarda - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb və hər birinə müvafiq tibbi yardımlar göstərilib.

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR