Bakı-Quba yolundakı qəzada iki nəfər ölüb, 4 nəfər xəsarət alıb - VİDEO

Bakı-Quba yolundakı qəzada iki nəfər ölüb, 4 nəfər xəsarət alıb - VİDEO
# 15 iyun 2022 09:36 (UTC +04:00)

Bakı-Quba yolunda iki maşın toqquşub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 78-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. “Nissan” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlar 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadə və 19 yaşlı Gülbəniz Qaçıyevadır. Qəza zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR