Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar iyulun 8-də ödəniləcək

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar iyulun 8-də ödəniləcək
# 05 iyul 2022 09:47 (UTC +04:00)

İyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, 2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR