Bakı, Sumqayıt və Abşeronda dekabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeronda dekabrın pensiyaları ödənilib
# 08 dekabr 2022 17:40 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə də pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR