Bakı, Sumqayıt və Abşeronda yanvar ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeronda yanvar ayının pensiyaları ödənilib
# 11 yanvar 2022 16:44 (UTC +04:00)

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişi həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.

2022-ci ilin əvvəlindən ölkədə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR