Bakı və Naxçıvanda rezidenturaya növbəti qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 13 iyun 2022 18:02 (UTC +04:00)

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyunun 19-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

“İmtahana buraxılış vərəqəsi” çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR