Bakıda 1000-ə yaxın qəzalı bina var

Bakıda 1000-ə yaxın qəzalı bina var
# 20 may 2022 16:48 (UTC +04:00)

Bakı şəhərində 105 binanın qəzalı olması barədə rəy var.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi dinləmədə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mirhəsən Həsənov deyib.

O, bununla bağlı müvafiq komissiyaların yaradıldığını əlavə edib.

"Komissiyanın araşdırmasına görə, ümumilikdə şəhərdə 1000-ə yaxın binanın qəzalı vəziyyətdə olduğu ehtimal olunur. Bununla bağlı rəylər hazırlanacaq. Protokol hazırlanaraq aidiyyatı orqanlara təqdim olunacaq”, - deyə Mirhəsən Həsənov söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR