Bakıda 45 mindən çox şagirdin yerdəyişməsi aparılıb

Bakıda 45 mindən çox şagirdin yerdəyişməsi aparılıb
# 10 iyun 2022 15:41 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2021-2022-ci tədris ilində 45 141 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Bu barədə APA-ya BŞTİ-nin mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR