AQTA Bakıda 5 nəfərin dönərdən zəhərlənməsi faktını araşdırır

AQTA Bakıda 5 nəfərin dönərdən zəhərlənməsi faktını araşdırır
# 18 sentyabr 2019 17:56 (UTC +04:00)

Bakıda “Bir-iki dönər” adlı məşhur dönərxanada baş verən zəhərlənmə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdırma aparır.

AQTA-dan APA-ya verilən məlumata görə, 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında adıçəkilən ictimai iaşə müəssisəsində Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: “İctimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, Bakıda 5 nəfər qida zəhərlənməsi ilə bağlı təcili tibbi yardıma müraciət edib. Zəhərlənməyə ilkin səbəb kimi onların məşhur ictimai iaşə obyektində dönər yeməsi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR