Bakıda 84 məktəbdə operativ monitorinq keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 08 iyun 2022 14:34 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 2021-2022-ci tədris ilində 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər həyata keçirilib.

APA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2021-2022-ci tədris ilinin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, ilkin mərhələdə 84 məktəbdə həyata keçirilən monitorinqlər inklüziv təhsil siniflərini də əhatə edib.

Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR