Bakıda 9 ağac kəsilib

Bakıda 9 ağac kəsilib
# 05 avqust 2022 18:23 (UTC +04:00)

Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçilərin iştirakı ilə araşdırılıb.

APA xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 9 ağacın kəsildiyi müəyyən edilib, faktla bağlı akt tərtib olunub.

“Hazırda torpaq mülkiyyətçisini və ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR