Bakıda ağacı zədələyən şəxs cəzalandırılıb

Bakıda ağacı zədələyən şəxs cəzalandırılıb
# 10 sentyabr 2022 09:51 (UTC +04:00)

Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 47 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

APA xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktının olmadığı, lakin tut ağacının gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyi müəyyən edilib.

“Araşdırma zamanı ağacın vətəndaş Fuad Qurbanov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub. Faktla bağlı akt tərtib edilib və Fuad Qurbanov barəsində qanunamüvafiq tədbir görülüb”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR