Bakıda ağaclar kəsilib

Bakıda ağaclar kəsilib
# 12 may 2022 17:31 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Maqsud Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib.

APA xəbər verir ki, bunu Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

Onun sözlərinə görə, ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR